Macro virus

Macro virus – sənədlərə qoşulan virusdur və sənədlərin yaradılması üçün istifadə edilən tətbiqi proqramların makro proqramlaşdırma imkanlarından istifadə edərək işə duşur və yayılır.
MAC
MAEC
OBASTAN VİKİ
Virus
Virus (lat. virus — "zəhər") — ən bəsit canlı orqanizmdir. Çox vaxt canlı yox, yarı-canlı orqanizm olaraq qəbul edilir. 1892-ci ildə D. İ. İvanovski sübut edib ki, bu kiçik hissəciklər asanlıqla kiçik məsamələrdən keçə bilirlər. Ona görə bunlara viruslar və ya süzülən viruslar adı verildi. Əksər viruslar irsi materialdan və qoruyucu örtük olan kapsiddən təşkil olunmuşdur. Ensefalit, qızılca, quduzluq, tütün mozaikası və s. RNT tərkibli viruslardır. Virusların xaricdən örtən zülal örtüyü kapsid adlanır. Virusun RNT-si zülal örtüyünün (yəni kapsidin) içərisində yerləşir.
Acid (virus)
Acid və ya Acid674 — command.com daxil olmaqla . COM və . EXE sənədlərinə yoluxan bir kompüter virusudur. Yoluxmuş bir fayl hər dəfə icra edildikdə, Acid cari qovluqdakı bütün . EXE sənədlərinə yoluxur. Daha sonra, yoluxmuş bir fayl icra edilərsə, mövcud qovluqdakı . COM sənədlərinə yoluxur. Acid-ə yoluxmuş proqramlar, ana proqramın ilk 792 baytını Acid-in öz kodu ilə yazmış olacaqdır. Orijinal host proqramı 792 baytdan kiçik olmadığı müddətdə heç bir fayl uzunluğu artmayacaq, bu halda uzunluğu 792 bayt olacaq. Proqramın DOS disk qovluğu siyahısında olan tarixi və saatı dəyişdirilməyəcəkdir.
Hanta Virus
Hantavirus (lat. Orthohantavirus) - Bunyavirales dəstəsinin Hantaviridae ailəsindən olan tək bir qapalı RNT virusu növüdür. Ümumiyyətlə gəmiricilərə təsir edən viruslar bu canlılarda xəstəlik yaratmır. Gəmiricilərin nəcisi demək olar ki, hantavirusun insanlara yoluxmasının səbəbidir və 2005 və 2019-cu illərdə insandan-insana hantavirusun yoluxması halı Cənubi Amerikada iki dəfə bildirilmişdir.
Korona virus
Koronavirus — məməlilərdə və quşlarda xəstəliklərə səbəb olan RNT virus qrupudur. İnsanlarda və quşlarda yüngüldən ölümcülə qədər nəticəsi ola bilən tənəffüs yolu infeksiyasına səbəb olur. İnsanlarda yüngül formasına zökəmin bəzi halları daxildir (buna digər viruslar, əsasən rhinoviruslar səbəb olur). Daha ölümcül növləri SARS, MERS və COVID-19 xəstəliyinə səbəb ola bilir. Bu virus inək və donuzlarda diareyaya, siçanlarda isə hepatit və ensefalomiyelitə səbəb olur. Hazırda insanları koronavirus infeksiyasına qarşı qoruyan və ya müalicə edən dərman və ya vaksin yoxdur. Koronavirus koronaviruslar ailəsinə aiddir. Tam olaraq orthocoronavirinae fəsiləsinin nidovirales dəstəsinin koronaviruslar sinifinə aiddirlər. Koronaviruslar superkapsid viruslardır. (+)ssRNA virus və RNT genomuyla kapsid spiral simmetriyaya malikdirlər.
Virus proqramları
Virus proqramları və ya kompüter virusları — texniki vasitələrlə bir kompüterdən digər kompüterə keçməyə cəhd edir, verilənlərin silinməsinə, zədələnməsinə, dəyişdirilməsinə gətirən və ya istifadəçinin işinə mane olan, digər proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır. Virus proqram özünü təxminən bioloji virus kimi aparır: özü-özünə çoxalır, sistem faylları daxilində gizlənir və kompüterə və ya sistemə ziyanlı təsirlər göstərir (əməliyyatlar yerinə yetirir). Virus xarici yaddaş qurğularından (disketlərdən), elektron poçt və ya digər İnternet resurslarından istifadə edilən zaman təhlükə yarada bilər, bu zaman lazım olmayan və tanımadığınız məktubları və resursları maksimum dərəcədə az istifadə etməniz məsləhətdir. Virus faylları kompüterə yalnız icra edilən fayllarla birlikdə daxil ola bilər. Mətn sənədləri, rəsmlər, arxivlər, cədvəllər və s. risk obyekti hesab oluna bilməz. Yeganə istista bir sıra ofis proqramlarındakı ssenarilərdir ki, bunlara makrovirus deyilir (makroviruslar hazırda böyük təhlükə təşkil etmir, bu, daha çox proqramların xətalarından irəli gələn problemlərdən qaynaqlanır). Kompüter virusları təxminən 1980-ci illərin əvvəllərində meydana çıxmışdır. "Kompüter virusu" termini 1984-cü ildə ABŞ-də keçirilən informasiya təhlükəsizliyi üzrə 7-ci konfransda Fred Koen tərəfindən işlədilmişdi. Virusları aşağıdakı əlamətlərə görə təsnif etmək olar: yaşayış mühitinə görə: fayl virusları (com, exe, bat, doc virusları), yükləmə virusları, makro viruslar; yaşayış mühitini yoluxdurma üsuluna görə: rezident və qeyri-rezident; əməliyyat sisteminə görə: MS-DOS, linux, Mac OS, Windows 7/8/10/11 destruktiv imkanlarına görə: ziyansız, təhlükəsiz, təhlükəli, çox təhlükəli; virus alqoritminin xüsusiyyətlərinə görə: "tələbə" virusları, kompanyon-viruslar, ""soxulcanlar" (worm), "stels"-viruslar ("görünməz" viruslar), "polimorf"-viruslar (özüşifrlənən viruslar), şəbəkə virusları və s.
Virus xəstəlikləri
Virus xəstəlikləri — viruslar çox kiçik hüceyrəsiz həyat formaları olub, nuklein turşuları və zülal molekullarından təşkil olunmuş örtükdən (kapsiddən) ibarətdir. Bundan başqa, bilirsiniz ki, bütün viruslar hüceyrədaxili parazitlərdir, yalnız sahibinin müəyyən hüceyrələrinə daxil olduqdan sonra canlı orqanizmin xüsusiyyətlərini göstərir.Epidemioloji xarakteristikasına görə virus xəstəlikləri 2 yerə bölünür: antroponoz - yalnız insanın tutula biləcəyi xəstəlik (poliomielit) zooantroponoz - heyvanlardan insana keçə biləcək xəstəlik (quduzluq) Yerli simptomlarla (tənəffüs yollarının selikli qişasının zədələnməsi) və ümumi xarakterli - bədənin temperaturunun yüksəlməsi, zəiflik, damarlarda və əzələlərdə ağrı, qanın tərkibinin dəyişməsi və s. kimi simptomlarla müşahidə olunan kəskin virus xəstəliklərinə daha tez-tez rast gəlinir. Belə xəstəliklər KRX və ya KRVX - kəskin respirator virus xəstəlikləri (qrip, zökəm və s.) adlanır. Bu xəstəliklər insanların yoluxma kütləviliyinə görə dünyada birinci yeri tutur. Onlar çox tez yoluxur və asqırma, burun-udlaq iltihabı, öskürək və zökəmlə müşayiət olunur. Epidemiyaların qarşısını almaq üçün virus xəstəliklərinin profilaktik tədbirlərindən biri olan peyvəndlər tətbiq edilir. Virus xəstəliklərinin müalicəsi immunitetin möhkəmləndirilməsi ilə bağlıdır. Çünki bu xəstəliklər immuniteti zəiflədir. Antibiotiklər viruslara birbaşa təsir etməsə də, onların tətbiqi virus infeksiyalarının ağırlaşmalarının qarşısının alınması məqsədilə aparılır.
Koksaki virus
Koksaki-1948-ci ildə Doldorf və skli ABŞ-ın Koksaki adlanan yerində uşaqlardan yeni bir virus almışdır. Bu virus öz antigen xassələrinə görə poliomielit virusundan fərqələnir.Bu viruslara daha tez rast gəlinir. Məşhur alim Doldorf bu virusları 2 əsəs qrupa A və B qruplarına ayırır.Insanda torətdiyi patogenezi və infeksiya mənbəyi poliomielit virusunda olduğu kimidir.Poliomielit virusundan fərqli olaraq koksaki virusu çox müxtəlif xəstəlik törədir. Virusun A forması insanda poliomielitdən fərqlənərək iflic,tənəffüs yolları xəstəliyi,meningit səpkili qızdırma ilə keçən xəstəliklər törədir. Virusun alınması və seroloji reaksiyaların köməyi ilə qoyulur.Əsasən sicanlara yoluxdurulur.Yoluxdurulmuş siçanlarda 3-5 gündən sonra ətraf hissələrin paralici inkişaf edir.B qrup viruslar hüceyrə kulturasına yüksək sitopatik təsir göstərir.Seroloji diaqnostika üçün hüceyrə kulturasında neytralizasiya reaksiyasında istifadə edilir. Proflaktikası sanitar-epidemioloji tədbirlər əsasında qurulur.Müakicəsi çox geniş aparılır.Əsasən qammaqlobulindən istifadə edilir.
Virus lisenziyası
Virus lisenziyası (ing. viral license) — həmin lisenziyaya əsasən birbaşa orijinal əsərdən götürülmüş hissədən daha çox törəmə işi əhatə edən lisenziya. Törəmə əsərlərin yenidən bölüşdürülməsinə yalnız o halda icazə verilir ki, törəmə əsərin lisenziyası mənbə (əsli) əsərin lisenziyası ilə uyğun olsun. Bu ad, viruslara bənzətməklə, GNU General Public License üçün copyleft əleyhdarları (xüsusən də Microsoft Korporasiyası tərəfindən) tərəfindən istifadə edilmişdir. Onlar bu və buna bənzər "virus lisenziyası" terminlərindən hər hansı digər kodla birlikdə belə bir lisenziya altında kodun istifadəsinin və ya yayılmasının arzuolunmazlığını vurğulamaq üçün istifadə etdilər. Azad lisenziyalar arasında copyleft lisenziyaları (məsələn, GNU GPL və Creative Commons Attribution-ShareAlike) “viral” lisenziyalar adlandırılacaq, lakin “viral” lisenziya mütləq pulsuz deyil. Misal üçün: Microsoft Məhdud Qarşılıqlı Lisenziya (Ms-LRL) əsasında lisenziyalaşdırılmış törəmə əsərlər yalnız Microsoft Windows platformalarında istifadə edilə bilər; Creative Commons Attribution-Qeyri-kommersiya-ShareAlike lisenziyası (CC BY-NC-SA, Azad Attribution-ShareAlike lisenziyasından fərqli olaraq) əsasında paylanmış törəmə iş kommersiya məqsədləri üçün istifadə edilə bilməz. 1989-cu ildə GNU Layihəsi törəmə işlərin yalnız GPL altında yayılmasını tələb edən GNU Ümumi İctimai Lisenziyasını yaratdı. Bundan sonra onun şərtlərindən narazı olanlar «General Public Virus» və ya «GNU Public Virus» (GPV ifadəsini işlətməyə başladılar. Microsoft vitse-prezidenti Kreyq Mandi dedi ki, GPL lisenziyası "GPL-dən istifadə edən istənilən təşkilatın əqli mülkiyyətinə təhlükə yaradır".
Herpes simpleks virus
Bal arısının virus xəstəlikləri
Bal arısının virus xəstəliklərinə — deformasiya qanad virusu, talamus sürfə çürüməsi virusu, qara ana arı virusu, kəşmir arı virusu, xroniki arı iflici virusu, arı X virusu, arı Y virusu, bulanıq qanad virusu, misir arı virusu, filamentoz arı virusu, torba çürüməsi virusu və s. göstərmək olar. == Deformasiya qanad virusu == Bu virus Apis mellifera və Apis cerena-da xəstəlik törədir. Virusla yoluxma zamanı qanadlarda büzüşüklük, gövdədə kiçilmə və rəngsizləşmə meydana çıxır. Xəstə arılar sürfə və pup mərhələsində ölürlər. Xəstəlik əsasən varroa ilə yayılır. == Qara ana arı virusu == Bu xəstəlik ilk dəfə olaraq üzəri örtülmüş ana arı yuvalarında sürfə və ya pup mərhələsində rast gəlinmişdir. Ölü arıların sürfə və pupları tünd qəhvəyidən qara rəngə çevrilir. Xəstə sürfələrin rəngi isə açıq sarı rəngdə olur. Bu virus işçi arılara öz sürfələrini qidalandırdığı zamanı keçir.
Labirint qaçışçısı: Virus kodu
Virus kodu və ya original adı ilə The Fever Code adlanan bu roman, Amerika yazıçısı Ceyms Daşner tərəfindən yazılmış Labirint qaçışçısı romanlarının beşinci və sonuncu kitabı olub 2016-cı ildə çap edilmiş gənclik romanıdır. Bu, ilk kitabda (Labirint qaçışçısı: Ölümcül Qaçış) bəhs edilən labirintin necə yaradıldığını izah edir. Labirint qaçışçısı filmində labirintdən çıxmada böyük rol oynamış Tomasın və labirintə gələn ilk qadın olan Teresanın uşaqlıq hallarının labirintin yaradılmasındakı böyük rolundan bəhs edən Labirint qaçışçısı seriyasının son kitabıdır.